Pakistanın Baş naziri Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu qəbul edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib. Bu barədə Day.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Prezident İlham Əliyevin səmimi salamlarını Pakistanın Baş nazirinə çatdırıb.