Ən çox pestisid olan 4 meyvə açıqlanıb
Mütəxəssislər bildirirlər ki, bir neçə kimyəvi maddənin birlikdə təsiri sağlamlıq üçün təhlükə yarada bilər. Day.Az xəbər verir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Portağal, Üzüm, Çiyələk və Alma ən çox pestisid qalıqları aşkarlanan meyvələr sırasında yer alıb.