Daha bir gəmidə ölümcül virus yayıldı
Hantavirus aşkarlanan gəmidən sonra dünya əhalisi arasında təşviş yarada biləcək növbəti hadisə baş verib. Fransanın Bordo şəhərində lövbər salan kruiz gəmisində bir sərnişin vəfat edib. Onun ölümünə norovirusun səbəb olduğu ehtimal edilir. Yoluxma şübhələrindən sonra 1700-dən çox şəxsin gəmidə karantinə alındığı bildirilir.