Azərbaycanda orta illik inflyasiya 5,6% olub
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb. Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, bu ilin yanvar - mart aylarında ölkədə istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7% təşkil etmişdi.