Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.