Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb
Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb. Day.Az xəbər verir ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.