Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.