Bu ərazilərə leysan yağır
Azərbaycanda hazırda bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında qeyd edilib. Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.