Alimlər gözləri yummağın eşitməni yaxşılaşdırdığı fikrini təkzib ediblər
Yeni elmi araşdırma göstərir ki, diqqəti artırmaq üçün gözləri yummağın eşitməni gücləndirdiyi barədə yayılmış fikir həqiqəti əks etdirmir. Day.Az xəbər verir ki, Şanxay Jiao Tong Universiteti tədqiqatçılarının apardığı eksperimentlərə əsasən, vizual məlumatın "söndürülməsi" əksinə, səsləri ayırd etmə qabiliyyətini zəiflədə bilər.