Hərbi vəzifəlilərin təlim toplanışı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.