Azərbaycanda sənaye məhsulları istehsalı artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14 milyard 870,6 milyon manat dəyərində çox sənaye məhsulu istehsal edib. Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% çoxdur.