Cəlilabadda yanğın: 85 yaşlı kişi həyatını itirdi
Aprelin 1-i saat 23 radələrində Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Day.Az-ın məlumatına görə, 1941-ci il təvəllüdlü kənd sakini Bəhrəm Nuriyev yaşadığı, qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın zamanı həyatını itirib.