Azərbaycanda daşınmaz əmlakla əlaqədar əməliyyatlara investisiyalar artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 0,3 milyon manat təşkil edib. Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,4 dəfə çoxdur.