Xocalıda yol qəzasında ANAMA əməkdaşı həlak olub
Xocalı rayonunda yol-nəqliyyat hadisəsi zamanı ANAMA əməkdaşı həyatını itirib. Trend-in Qarabağ bürosunun məlumatına görə, Elnur Rüstəmov idarə etdiyi yük avtomobili ilə Xocalı rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb və sürücü hadisə yerində dünyasını dəyişib.