Prezident İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycanın Prezidenti İlham Əliyev haqqında danışıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, Uitkoff bildirib ki, dünyada bir çox böyük liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid mənbəyi ola bilər.