Azərbaycana təhlükəli arılar gətirilib
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib. O qeyd edib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib. İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir.