"Roma" "Barselona"nın müdafiəçisi ilə maraqlanır
"Barselona"nın futbolçusu Runi Bardci İtaliyaya yollanmağa hazırlaşır. Day.Az "Marca"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi "Roma"nın maraq dairəsindədir. Paytaxt təmsilçisi Runi üçün 1 mövsümlük icarə müqaviləsi təklif edib. İsveçlinin daha çox oyun praktikası qazanması üçün keçidin baş tutacağı ehtimalı yüksəkdir.