Bu avtobusda gedişhaqqı 60 qəpik OLDU
41 nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir. Bu barədə Day.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, martın 23-dən Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.