Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Day.Az-a bildiriblər ki, imtahanda 62 min 33 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb.