Velosiped sürmək yaddaşı yaxşılaşdırır
20 dəqiqə velosiped sürmək beynin fəaliyyətinə dərhal təsir göstərə bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni bir nevroelm araşdırması göstərib ki, tək bir məşq seansı belə yaddaşla əlaqəli müəyyən beyin dalğalarını artıra bilir. Bu yüksək tezlikli dalğalar Hipokampal dalğalanmalar adlanır.