"North Coast Communications" ABŞ və Azərbaycan arasında biznes əlaqələrini inkişaf etdirməyə hazırdır
"North Coast Communications" şirkəti ABŞ ilə Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsində mühüm rol oynaya bilər. Bu barədə Trend-ə ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində strateji kommunikasiya şirkətinin prezidenti və təsisçisi Devid Silverman bildirib.