Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir
Bu gün İranda baş verən müharibə dünya enerji bazarlarını silkələyir və bu baxımdan bizim enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.