Qurban Qurbanovun köməkçilərinə
AFFA İntizam Komitəsi Milsi Premyer Liqasının 22-ci turunda keçirilən "Qarabağ" - "Sabah" oyununda baş verən dava ilə bağlı cəzaları açıqlayıb. Day.Az xəbər verir ki, federasiya "Qarabağ"ın 2 məşqçisi - Müşfiq Hüseynov və Zaur Tağızadəyə 6 oyunluq cəza verib. Həmçinin Ağdam klubu 12 min manat cərimə olunub.