Nazirlər Kabineti İranla bağlı qadağanı ləğv etdi
Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur. Day.Az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb.