5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
Yaxın Şərqdə davam etməkdə olan hərbi eskalasiya nəticəsində Körfəz ölkələrinin hava məkanlarının bağlanmasından dərhal sonra həmin ölkələrdə qalmış Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.