İstirahət günü intensiv qar yağacaq
Martın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata əsasən, bəzi yerlərdə havanın çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.