Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,72 ABŞ dolları və ya 7,64 faiz artaraq bir barel üçün 94,62 ABŞ dolları təşkil edib. Day.Az xəbər verir ki, bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.