8 Mart ərəfəsində güllərə tələbat artdı
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində güllərə tələbat xeyli artıb. Şəhərdə fəaliyyət göstərən gül mağazalarından birinin satıcısı bu barədə Day.Az-a danışıb. Satıcının sözlərinə görə, bayram yaxınlaşdıqca xüsusilə qırmızı, narıncı və çəhrayı rəngli güllərə maraq daha çox olur.