Kriştiano Ronaldo zədələnib
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun heyətində ciddi itki baş verib. Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, komandanın kapitanı Kriştiano Ronaldo sıradan çıxıb. Portuqaliyalı hücumçu baldır əzələsindən zədə alıb. 41 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.