Görmə qabiliyyəti məhdud şəxslər üçün elektron imzalama mexanizmi hazırlana bilər
Görmə qabiliyyəti məhdud olan şəxslər üçün elektron imzalama mexanizminin hazırlanması təklif edilir. Day.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.