Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. Day.Az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülüb.