Azərbaycan ötən ay buğda idxalını artırıb
Bu ilin yanvar ayında Azərbaycana 28,9 milyon ABŞ dolları dəyərində 129,9 min ton buğda idxal edilib. Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,2 milyon ABŞ dolları və ya 54,4%, həcm baxımından isə 43,3 min ton və yaxud 49,9% çoxdur.