Şamaxıda zəlzələ baş verdi
Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.