"Komendant pulu" borcuna görə işıq, su, qaz kəsilə bilməz
Yeni tikililərdə komendant borcu ilə bağlı yaranan mübahisələr son illər ən çox müzakirə olunan məsələlərdəndir. Sakinlər tez-tez mənzillərinin qapısına yapışdırılan bildirişlərlə üzləşirlər. Həmin bildirişlərdə göstərilir ki, borc qısa müddətdə ödənilməzsə, işıq, su və digər kommunal xidmətlər dayandırılacaq.