Mənzil almaq istəyənlərin nəzərinə:
Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin əvvəlki illərlə müqayisədə zəifləyəcəyi gözlənilir. "S&P Global Ratings"in açıqlamasına görə, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.