ABŞ ordusunun patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat apardı
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi bazar günü İran yaxınlığında Fars körfəzi üzərində uçuş həyata keçirib. Day.Az-ın məlumatına görə, bu barədə "Flightradar24" xidməti bildirib. Təyyarə Bəhreyndəki aviabazadan havaya qalxıb.