İranda 5,2 bal gücündə zəlzələ oldu
İranın cənubundakı Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. Day.Az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi xəbər verib. Məlumata əsasən, zəlzələnin episentri Əsəluyə rayonunda olub. Yeraltı təkanların ocağı 18 km dərinlikdə yerləşib.