Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
Bu il tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda öz əksini tapıb.