Bu oyuncağı gətirənə 23 000 dollar verirlər
Uşaqlığınızdan qalan köhnə bir "Hot Wheels" maşını sizə kiçik bir sərvət qazandıra bilər. Kolleksiyaçılar xüsusilə bir modelin axtarışındadırlar və onun üçün ağlasığmaz məbləğlər ödəməyə hazırdırlar. Day.Az xəbər verir ki, söhbət 1968-ci ildə istehsal edilmiş "Beach Bomb" adlı çəhrayı rəngli "Volkswagen" mikroavtobus modelindən gedir.