Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşdü
Yanvarın 23-də ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.