IRENA Azərbaycanda enerji keçidi üzrə illik investisiya forumu keçirəcək
IRENA 2026-cı ilin iyununda Azərbaycanda enerji keçidi üzrə illik investisiya forumu keçirəcək. Day.Az xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ADA Universitetində Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masa zamanı bildirib.