Limadakı “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Yanvarın 18-də Peruda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub. Lima şəhərində yerləşən və ən çox ziyarət edilən kilsələrdən biri olan "La Virgen Milagrosa" kilsəsində keçirilən mesa zamanı 20 Yanvar faciəsinin şəhidləri anılıb. Dini mərasimdə 500-dən çox Peru vətəndaşı iştirak edib.