Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn olunacaq
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-da keçiriləcək. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, o, Hərbi Memorial Məzarlıqda (keçmiş II Şəhidlər Xiyabanı) dəfn olunacaq. Qeyd edək ki, Ş.Tağıyevin cənazəsi bu gün axşam Bakıya gətiriləcək.