Farel bahalaşıb, digər növlər necədir?
Azərbaycanlıların qida rasionunda balığın xüsusi yeri var. Son dövrlər ət məhsullarının qiymətinin artması əhalinin balığa marağını daha da artırıb. Məhz buna görə də balıq bazarlarında qiymətlər cəmiyyət üçün hər zaman aktuallığını qoruyur. Bu marağı nəzərə alaraq Dərnəgül ərazisində yerləşən balıq bazarına baş çəkdik.