Ağdamda əkin sahəsindən kişi meyiti tapılıb
Ağdam rayonunun Xındırıstan kəndi ərazisində əkin sahəsində kişi meyiti tapılıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.