Ana və oğlu sobadakı qazdan zəhərləndi
Tərtərdə ana və oğlu qaz sızmasından zəhərlənib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəziyyəti ağır olan 52 yaşlı oğul Müşviq Əzimov ölüb. 70 yaşlı Sahibə Əzimovanın isə həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı hadisənin evdəki sobadan sızan qaz səbəbindən baş verdiyi məlum olub.