Yaponiyada güclü zəlzələ olub
Yaponiyada güclü zəlzələ olub. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteoroloji İdarəsi məlumat yayıb. 5,5 maqnitudalı zəlzələnin episentri İo adasında olub, yeraltı ocağı isə 30 km dərinlikdə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur, sunami xəbərdarlığı verilməyib.