Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının tədarükü həyata keçirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük bu gün Biləcəri stansiyasından Ermənistana yola salınır.