Bakı metrosunda stansiya yoluna düşən sərnişin vəfat edib
Bu gün saat 20:00 radələrində "Nərimanov" stansiyasında sərnişin stansiya yoluna düşüb. Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.