TAP yanvar ayından etibarən əlavə uzunmüddətli ötürmə gücünü istifadəyə verir
Trans-Adriatik boru kəməri (TAP) 2026-cı ilin yanvar ayından etibarən qazın nəqli üzrə yeni saziş (Gas Transportation Agreement - GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücünü istifadəyə verir. Day.Az xəbər verir ki, bu barədə Trend-ə TAP AG konsorsiumundan bildirilib.